"Qəbələ" Stenli Brardın gedişini təsdiqlədi

"Qəbələ" Stenli Brardın gedişini təsdiqlədi
14:57 5 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" klubu Futbol Akademiyasının direktoru Stenli Brardın gedişini təsdiqləyib. Fanat.az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb: 


"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılır. 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək Brardla "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 


Xatırladaq ki, Stenli Brard 2013-cü ilin aprel ayından "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi.


"Qəbələ" İdman Klubu Stenli Brarda futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır" deyə açıqlamada bildirilir.


Fanat.az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-stenli-brardn-gediini-tsdiqldi-t45940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR