Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzinə ilə dolu gəmi tapıldı

Xəzinə ilə dolu gəmi tapıldı

Date: 5 December 2015 15:01

Kolumbiyada 300 il əvvəl batmış xəzinə gəmisi aşkar edilib.

ANS PRESS-in məlumatına görə, 1708-ci ildə batmış San Xose adlı kapitana məxsus gəmi Kolumbiya sahillərində tapılıb. Güman edilir ki, gəmi qızıl, gümüş və zümrüdlə doludur.

Bu barədə Kolumbiya prezidenti Xuan Manuel Santos əvvəlcə öz şəxsi "Twitter" səhifəsində yazıb, daha sonra isə mətbuat konfransı keçirərək, məlumat verib.


Kolumbiya prezidentinin "Twitter" səhifəsi


"San-Xose" gəmisi Karib dənizində 1708-ci ildə Kartaxena liman-şəhərinə yaxın yerdə batıb. Bu gəmi İspan kralı V Filippin donanmasının bir hissəsi olub.


Xuan Manuel Santos - Kolumbiya prezidenti


Batmış gəmi uzun müddət hüquq mübahisələri ucbatından tapılmayıb. Daha əvvəl ABŞ-ın "Sea Search Armada" şirkəti axtarışlar həyata keçirib. Şirkət iddia edib ki, 1981-ci ildə onlar batmış gəminin yerini müəyyən ediblər. Bundan sonra Kolumbiya hökuməti bildirib ki, gəminin kim tərəfindən tapılmasından asılı olmayaraq, xəzinələr Kolumbiya dövlətinə aid olacaq.

Bu səbəbdən ABŞ məhkəməsi 2011-ci ildə batmış gəminin Kolumbiya dövlətinin mülkiyyətində olduğunu elan edib.

Ehtimal olunur ki, İspaniya da xəzinə üstündə mübarizəyə qoşulacaq.


Karib dənizi - Kolumbiya, Kartaxena - İspaniya



Tags:  Xəzinə dolu gəmi tapıldı


RƏYLƏR


Top news