“Azəryolservis” ASC ağacəkmə aksiyası keçirib

“Azəryolservis” ASC ağacəkmə aksiyası keçirib
15:03 5 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin kollektivi tərəfindən dekabrın 5-də Bakı şəhəri Zığ dairəsi–Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, aksiyada “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.
Ağacəkmə aksiyasına 1, 2, 6 saylı Yol Yaşıllaşdırma və Avtomobil Yollarının Ekologiyası MMC-lərinin 100 nəfərdən artıq işçisi və 10 ədəd maşın-mexanizm cəlb edilib. Keçirilən tədbirlər zamanı ərazi kənar əşyalardan təmizlənib, ağaclar əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Aksiya zamanı 5 min ədəd Eldar şamı, sərv, zeytun və digər növ ağac əkilib. Bundan bir neçə gün öncə isə sözügedən əraziyə 4 min ədəd ağacın əkilməsi işləri həyata keçirilib (ümumilikdə 9 min ədəd ağac). Əkilən ağaclar “Azəryolservis” ASC-nin 4 saylı Gəncə, 8 saylı Tovuz, 9 saylı Ağstafa, 10 saylı Göygöl və 11 saylı Bərdə Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahəsində yetişdirilıb.
Qeyd edək ki, 2013-2014-cü illərdə avtomobil yollarının təhkim zolağında 180 min 294 ədəd, 2015-ci ilin yanvar-noyabr aylarında isə 74 min 630 ədəd (ilin sonuna kimi 100 min ədədə çatdırılması nəzərdə tutulub, ümumilikdə 424,8 hektar ərazidə 254 min 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Təkcə bu ilin son ayları ərzində Bakı şəhərinin avtomobil yollarının mühafizə və ayırıcı zolaqlarına 11 min ədəd kol bitkisi, 6 min ədəd gül kolu və 12 min kvadratmetr qazon otu əkilib. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 092 min 300 ədəd, o cümlədən 895 min 625 ədəd çoxillik ağac mövcuddur.
Cəmiyyətin Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində yetişdirilən 42 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 210 min 670 ədəd ağac və kol bitkisi yetişdirilir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeryolservis_ASC_agacekme_aksiyasi_kechirib-908581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR