Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kaliforniyada törədilən terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Kaliforniyada törədilən terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Date: 5 December 2015 15:18


Bakı, 5 dekabr, AZƏRTAC
İŞİD qruplaşması Kaliforniyada baş verən hücumun məsuliyyətini öz üzərinə götürüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun Los-Anceles bölməsinin rəisi Devid Boudiç San-Bernardino şəhərində baş verən faciənin terror aktı kimi araşdırıldığını bildirib.
Xatırladaq ki, 28 yaşlı Səid Fərrux və 27 yaşlı Teşfin Malik ABŞ-ın Kaliforniya ştatındakı San-Bernardino şəhərində yerləşən məhdud imkanlı insanlara yardım mərkəzinə hücum edib. Baş verən silahlı insident nəticəsində azı 14 nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb. Yaralananların bir hissəsinin vəziyyəti ağırdır.
Bu, ABŞ-da 2012-ci il dekabrın 14-dən bəri odlu silahdan istifadə edilməklə törədilən ən qanlı faciədir. O zaman 20 yaşlı Adam Lenza Konnektikut ştatındakı Nyutaun şəhərində yerləşən “Sendi huk” məktəbində 26 nəfəri güllələyərək qətlə yetirmişdi.

Tags:  Kaliforniyada törədilən terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb


RƏYLƏR


Top news