Melburndakı kafedə iki qadını girov saxlayan şəxs polisə təslim olub

Melburndakı kafedə iki qadını girov saxlayan şəxs polisə təslim olub
15:18 5 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Kanberra, 5 dekabr, AZƏRTAC 
Melburndakı kafedə iki qadını girov götürmüş silahlı şəxs polisə təslim olub. Bu barədə ABS televiziya kanalı məlumat yayıb.
Ştat polisinin nümayəndəsi Qlenn Veirin bildirdiyinə görə, təqribən doqquz saata yaxın davam edən danışıqlardan sonra silahlı şəxs qadınları azad edərək polisə təslim olub.
Q.Veir bildirib ki, danışıqlar uzun vaxt aparmasına baxmayaraq uğurla nəticələnib. O deyib: “Bizim qənaətimizə görə, heç kimin xəsarət almaması danışıqların ən uğurlu nəticəsidir”. Bildirib ki, 69 yaşlı kişi girov götürdüyü 45 yaşında qadınla əvvəllər birlikdə yaşayıb. Lakin iki həftə əvvəl aralarında yaranan mübahisə nəticəsində onlar ayrılıblar. İkinci qadın isə kafenin işçisi olub.
Hazırda həmin şəxsin polis tərəfindən dindirilməsi davam edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Melburndaki_kafede_iki_qadini_girov_saxlayan_sexs_polise_teslim_olub-908589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR