Hollandiya çempionatının oyunu meydana pişiyin girməsi üzündən dayandırılıb

Hollandiya çempionatının oyunu meydana pişiyin girməsi üzündən dayandırılıb
15:22 5 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Futbol üzrə Hollandiya çempionatında XV turun AZ - "Den Haq" matçı zamanı meydana pişik girib. "Report"un məlumatına görə, hadisə 58-ci dəqiqədə baş verib.
Qara pişik meydanın cinahı boyunca sonadək qaçıb. Referi isə "çağırılmamış qonağ"ın gözdən itməsini gözləməkdən ötrü oyunu dayandırıb. Pişiyin sürətinə futbolçular da həsəd aparıblar. O, AFAC stadonunda 100 metrdən çox məsafəni cəmi 15 saniyəyə qaçıb.
Qeyd edək ki, görüş "Den Haq"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/hollandiya-cempionatinin-oyunu-meydana-pisik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR