Hollandiyalı "Qəbələ"dən getdi

Hollandiyalı "Qəbələ"dən getdi
15:22 5 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Stenli Brard  "Qəbələ" Futbol Akademiyasının direktoru vəzifəsindən ayrılıb. Milli.Az bildirir ki, bu barədə Report-a açıqlamasında akademiyanın direktor müavini Nail Kərimov məlumat verib.

Onun sözlərinə görə, hollandiyalı mütəxəssis anlaşmasının bitiminə 6 ay qalmış Yaponiyanın "Noqoya Qrampus" klubundan idman direktoru vəzifəsinə təklif aldığını bildirib. "Qəbələ" rəhbərliyi də onun istəyini müsbət cavablandırıb. N.Kərimov 2016-cı ilin yayınadək akademiyaya yeni direktorun təyin olunmayacağını bildirib:

"Namizəd axtarışına başlamamışıq. Düzü, hər şey qısa müddət ərzində baş verdiyindən, buna vaxtımız olmadı. Akademiyamızın baş məşqçisi Halim Fıçıcı texniki məsələlərlə bağlı dəstəyini verəcək. Gələn ilin yayınadək heç kimi dəvət etmək fikrimiz yoxdur".

Direktor müavinin fikrincə, Brard "Qəbələ"də çalışdığı müddətdə akademiyanın işində bir sıra yeniliklər edib, təşkilati cəhətdən daha yaxşı sistem işləməyi izah edib, iş intizamını ən yüksək səviyyəyə çatdırıb.
Qeyd edək ki, Stenli Brard 2013-cü ilin aprelindən "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi. "Qəbələ" İdman Klubu Stenli Brarda futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR