Yanğın 4 ailəni evsiz qoydu (FOTO)

Yanğın 4 ailəni evsiz qoydu (FOTO)
15:26 5 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Yardımlı rayonuna yanğın hadisəsi baş verib. 7 otaqlı ev tamamən yanıb.

Yardımlı rayonunun Ünəş kənd sakini Fərman Mustafayevin ANS PRESS-ə verdiyi məlumata görə, Ünək kənd sakini Nüsrət Abbasova məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli 7 otaqlı evində yanğın başlayıb.

Dərhal əraziyə Fövqaladə Hallar Nazirliyinin cənub yanğından mühafizə briqadasının yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib. Lakin bütün yardımlara baxmayaraq evin yanar konstruksiyaları və ev əşyalarının 186 kv.m sahəsi yanıb.

F. Mustafyevin sözlərinə görə, 7 otaqlı evdə ailələri ilə yaşayan 3 qardaş və onların valideynlərinin hazırda yaşamağa yeri yoxdur.

Yanğına elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir.






Yanğın baş verən ev

Gecə saatlarında da Sumqayıtda yanğın hadisəsi baş verib. Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı bina sakinlərindən 3 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR