Rəqs kollektivlərinin ikinci respublika müsabiqəsi keçirilib

Rəqs kollektivlərinin ikinci respublika müsabiqəsi keçirilib
15:33 5 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri, mədəniyyət mərkəzləri və digər müəssisələrin rəqs kollektivlərinin ikinci respublika müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi respublikada rəqs sənətinin inkişaf etdirilməsi, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsidir.
Müsabiqədə iştirak edən rəqs kollektivlərinin tərkibi 8-16 nəfər, iştirakçıların yaş həddi 7-16 yaş müəyyənləşdirilib. İştirakçı kollektivlər Azərbaycan xalq rəqslərini, həmçinin müasir və dünya xalqlarının rəqslərini təqdim ediblər.
Çıxışlar münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə gizli səsvermə yolu ilə qiymətləndirilib.
Qeyd edək ki, müsabiqə qaliblərinin yekun konserti dekabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Reqs_kollektivlerinin_ikinci_respublika_musabiqesi_kechirilib-908598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR