Ekran yerinə parça displey - FOTO

Ekran yerinə parça displey - FOTO
15:37 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Apple daha bir maraqlı patent alıb.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, Apple-ın yeni patenti işıq saçan LED-lər şəklində olan parçadır. Yeni  texnologiya çox sadə bir sistemlə işləyir. 

Parçanın tərkibində olan liflərin bəziləri normal lif, bəziləri isə işıq saçan LED-lər şəklində dizayn edilmiş liflərdir. Bu liflər cihazlarla əlaqədə olduqda siqnallar göndərərək işıq saçır. Beləliklə də Apple Watch kimi cihazların biləkliyi bildirişləri işıqla bilirəcək və ya saatı göstərə biləcək. Yeni texnologiyaya "Woven display" adı verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/387938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR