Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Real"ın zədəli futbolçusundan xoş xəbər

"Real"ın zədəli futbolçusundan xoş xəbər

Date: 5 December 2015 15:57

"Real"ın zədəli futbolçularından biri sağalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İspaniya La Liqasının XIV turunda doğma meydanda "Hetafe" ilə oyunda komandanın müdafiəçisi Marselo komandasına kömək edə biləcək. Futbolçu bərpa prosesindən sonra ümumi qrupda məşqlərə başlayıb.
Madrid klubunun digər müdafiəçiləri - Karvahal, Ramos və Varan hələ zədələrini sağaltmaqla məşğuldurlar.
"Real" - "Hetafe" oyunu dekabrın 5-i saat 19:00-da başlayacaq.

Milli.Az


Tags:  Realın zədəli futbolçusundan xoş xəbər

RƏYLƏR


Top news