TQDK imtahan keçirdi

TQDK imtahan keçirdi
16:05 5 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanı keçirib.

Milli.Az-ın məlumatına görə, TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M ünvanındakı inzibati binasında başlanıb və 3 saat 45 dəqiqə davam edib (fasilələr nəzərə alınmayaraq).

İştirakçılara normal imtahan şəraiti yaradılıb və imtahan təlimata uyğun aparılıb.

İmtahanın nəticələri dekabrın 23-də iştirakçıların "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR