Türkiyədən gələn təlimçinin Bakıda ödənişsiz PR seminarı olacaq

Türkiyədən gələn təlimçinin Bakıda ödənişsiz PR seminarı olacaq
16:05 5 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

"Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company"nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası" Türkiyədən təlimçi dəvət edərək, seminarını ödənişsiz elan etdi. 

9 dekabrda Xəzər Universitetinin "Mərmər" zalında baş tutacaq PR seminarının qonağı Beykent Universitetinin prorektoru prof. Ebru Ural olacaq. Təlimdə iştirak edənlərə elə həmin gün sertifikatlar veriləcək.

"Akademi Group" şirkətlər qrupunun Türkiyədə təhsil üzrə rəhbəri Razi Vəliyev bildirdi ki: "Cəmi bir aydır fəaliyyət göstərməsinə baxmayaraq, gözlədiyimizdən daha artıq uğurlu nəticə verən "Akademi PR Akademiyası" ilə bağlı layihəyə qəbul bitdikdən sonra belə, dayanmadan müraciətlər gəlirdi. Layihənin rəhbəri Nuranə Ağazadə bununla bağlı dəfələrlə narahatlığını bildirsə də, digər tələbələrə haqsızlıq olmasın deyə əlavə qəbul elan etmirdi. Çoxsaylı müraciətləri nəzərə alaraq, Türkiyənin Beykent Universitetinin prorektoru prof. Ebru UraIı dəvət edərək, seminarı hər kəsə açıq və ödənişsiz elan etdik.
Seminarda iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək mütləqdir https://docs.google.com/forms/d/16nRYp_d5taHxT7jjlalEprbUFObVYY7wvzsP5vZFM_Q/viewform

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR