Kikboksçumuz Pərviz Abdullayev “Glory World Series” turnirinin qalibi olub

Kikboksçumuz Pərviz Abdullayev “Glory World Series” turnirinin qalibi olub
16:08 5 Dekabr 2015
141 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan “Glory World Series”də rinqə çıxıb və qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda keçirilən döyüşdə Pərviz Abdullayev mərakeşli Aziz Kallahla üz-üzə gəlib. Üç raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərviz Abdullayevin xeyrinə qərar veriblər.
Beşqat dünya çempionu olan Pərviz Abdullayev 45 peşəkar döyüş keçirib və 41 dəfə qalib gəlib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kikbokschumuz_Perviz_Abdullayev_Glory_World_Series_turnirinin_qalibi_olub-908606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR