"Real" Levandovskini də alır

"Real" Levandovskini də alır
16:09 5 Dekabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

 

"Real" "Bavariya"nın futbolçusu Robert Levandovskinin  meneceri  Kezari Kuçarski ilə danışıqlara başlayıb.

 

İspaniya mətbuatının yaydığı xəbərə görə, Madrid klubu polşalı hücumçuya illik 24 milyon avro qazanacağı maaş təklif edib. Bu isə onun "Bavariya"da qazandığından iki qat çoxdur. R.Levandovskinin bu transferə müsbət baxdığı iddia edilib.

 

 

"Real"ın "Bavariya"ya isə təzminat qiyməti olacaq 100 milyon avroya yaxın təklif göndərməyi planlaşdırdığı bildirilib.

 

Münhen klubunun prezidenti Karl-Haynz Rummeniqe isə R.Levandovskini satmağı düşünmədiklərini deyib. (Qol.Az)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR