İbra köynəyini rəqibin azarkeşinə bağışladı

İbra köynəyini rəqibin azarkeşinə bağışladı
16:22 5 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Liqasının 17-ci turunda "Nitsa" ilə oyun PSJ-nin hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə isveçli forvard dublla yadda qalıb. PSJ forması ilə meydana çıxdığı 103-cü matçında 87-ci qoluna imza atan İbrahimoviç klub tarixinə keçib. 34 yaşlı futbolçu PSJ-nin Fransa Liqasında ən çox qol vuran oyunçusu olub. İsveç millisinin üzvü oyundan sonra rekorda imza atdığı formasını "Nitsa"nın kiçik azarkeşinə hədiyyə edib.

Qeyd edək ki, 2012-ci ildə "Milan"dan transfer olunan İbrahimoviç cari mövsüm PSJ-də keçirdiyi 11 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə verib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR