Prezident İlham Əliyev hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı
16:29 5 Dekabr 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən,  1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

 

Habelə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

 

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görülməsi tapşırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR