Ramil Usubov polisləri seçdi - FOTO

Ramil Usubov polisləri seçdi - FOTO
16:37 5 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 5-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib.
 
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinin həllinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə minnətdarlıqlarını bildiriblər.
 
Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək  istəyən 280  nəfər gənc də qəbulda iştirak edib. Onların arasından daha hazırlıqlı olan 32 namizəd polis orqanlarında, 24-ü isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
 
Nazir deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin xidmətdə irəli çəkilmələri, eyni zamanda, republikamızın ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımlar atılır. Hazırkı tədbir də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür.
 
Daha sonra Ramil Usubov namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR