Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb (FOTO)

Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb (FOTO)

Date: 5 December 2015 16:38

Bakı. Trend:

Dekabrın 5-də Kənd Təsərrüfatı Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həftənin şənbə və bazar günləri təşkil olunacaq yarmarkaya səhər bu gün saat 10:00-da start verilib. Respublikanın ayrı-ayrı rayonlarından minədək fermer yarmarkada satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıb.

Satış-yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır.

Yarmarkanın ərazisində nəzarət-toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılıb.

Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb FOTO

RƏYLƏR


Top news