40 min şəxs küçələrə axışdı

40 min şəxs küçələrə axışdı
16:47 5 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın paytaxtı Seulda 40 minə yaxın ölkə vətəndaşı prezident Pak Kın Henin istefası tələbi ilə aksiya keçirib. Onlar Çinlə azad ticarət razılaşmasına, hökumətin orta və ali təhsil müəssisələri üçün birgə ortaq tarix kitabı hazırlanmasına etiraz ediblər.

Report xəbər verir ki, bu haqda yerli "yonhapnews" agentliyi məlumat yayıb.
Məlumata görə, aksiyaya Cənubi Koreya Həmkarlar Konfederasiyası, Fermerlər Federasiyası Assosiasiyası və başqa ictimai təşkilatların üzvləri qatılıb. Onların təhlükəsizliyini hüquq-mühafizə orqanlarının 15 min əməkdaşı təşikl edib.
Aksiyanın keçirilməsnə səbəb Çinlə azad ticarət razılaşması, hökumətin orta və ali təhsil müəssisələri üçün birgə ortaq tarix kitabı hazırlanması planıdır.
Fermerlər çinlilərlə rəqabətə davamlı məhsul istehsal etmək üçün güzəşt və kompensasiyanın ödənilməsini tələb ediblər.
Bu, son günlərdə hökumətə qarşı keçirilən ikinci etiraz aksiyasıdır. Birinci etiraz yürüşü noyabrın 14-də olub. Həmin aksiyada 60 min nəfərin iştirak etdiyi bildirilmişdi. Həmin vaxt polislə etirazçılar arasında qarşıdurma da baş vermişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR