"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson bütün karyerası boyu ağrı ilə oynamalı olacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı oyunçunun dabanında xroniki xəstəlik aşkar olunub. Bu xəstəlik tibbdə plantar fastsiit adlanır. Problem aprel ayında özünü göstərməyə başlayıb. Həkimlər nə qədər cəhd etsələr də, bunu müalicə edə bilməyiblər. Buna görə Henderson artıq ağrı ilə oynamağa öyrəşməlidir.
Milli.Az