Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib

Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib

Date: 5 December 2015 16:48

Bakı. Trend:

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 5-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinin həllinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə minnətdarlıqlarını bildiriblər.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 280 nəfər gənc də qəbulda iştirak edib. Onların arasından daha hazırlıqlı olan 32 namizəd polis orqanlarında, 24-ü isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Daxili işlər naziri namizədlərə müraciətlə bildirib ki, istər ümummilli liderimiz, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıblar. Gənc əməkdaşların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, onlara lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Nazir deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin xidmətdə irəli çəkilmələri, eyni zamanda, republikamızın ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımlar atılır. Hazırkı tədbir də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür.
Daha sonra cənab Ramil Usubov namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib


RƏYLƏR


Top news