Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Futbol Federasiyasının prezidenti həbs edildi - FOTO

Futbol Federasiyasının prezidenti həbs edildi - FOTO

Nazir müavini həbs edildi - BELARUSDA (21 Mart 2017 14:39)
Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib (15 Mart 2017 11:07)
AFFA-nın baş katibi Monteneqro Futbol Assosiasiyasının prezidenti ilə görüşüb (07 Mart 2017 17:52)

Tarix: 5 Dekabr 2015 17:05

Ekvador Futbol Federasiyasının prezidenti Luis Çiriboqa polisə təslim olub. Milli.Az Goal.az-a istinadən xəbər verir ki, FİFA ətrafında cərəyan edən korrupsiya qalmaqalının fiqurlarından olan Çiriboqa haqqında həbs-qəti imkan tədbiri seçilən kimi bu addımı atıb. Onun vəkili Lusiya Vallesiliya 69 yaşlı funksionerin məhkəmədən ev dustaqlığı istəyəcəyini bildirib. Artıq Ekvador hökuməti Çiriboqanın bank hesablarını dondurub. Bundan başqa, Ekvador Futbol Federasiyasının daha 2 məmuru da axtarışdadır.
Qeyd edək ki, dekabrın 3-də Sürixdə FİFA-nın 2 vitse-prezidenti Alfredo Havit və Xuan Anhel Naput həbs olunmuşdu. Bundan sonra əməliyyatın rəhbəri Loretta Linç daha 16 FİFA funksionerinə rəsmən ittiham elan etmişdi. Onların arasında Çiriboqa ilə yanaşı, Qvatemala Futbol Federasiyasının prezidenti Brayan Ximenes də vardı.

Milli.Az



Teqlər:  Futbol Federasiyasının prezidenti həbs edildi FOTO



RƏYLƏR


Top xəbərlər