Cahangir Hacıyev saxlanıldı

Cahangir Hacıyev saxlanıldı
17:11 5 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat ximətindən ANS PRESS-ə verilən məlumata görə, C.Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb.

Sabiq sədr bundan əvvəl də bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.

Vəzifəsindən azad edilən Milli Təhlükəsizlik naziri Eldar Mahmodovun qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sonuncu dəfə oktyabr ayının 19-da “Bandotdel”-ə çağırılıb.

Cahangir Hacıyev “Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR