Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - 10 nəfər təxliyə olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub -  10 nəfər təxliyə olunub

Date: 5 December 2015 17:13

Bakı. Trend:

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə televizor, kondisioner və dəhlizin tavanı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub 10 nəfər təxliyə olunub

RƏYLƏR


Top news