Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qalmaqallı aparıcı boşandı (FOTO, VİDEO)

Qalmaqallı aparıcı boşandı (FOTO, VİDEO)

Date: 5 December 2015 17:36

Türkiyənin qalmaqallı futbol şərhçisi, aparıcısı və keçmiş futbolçu Ridvan Dilmen boşanıb.

ANS PRESS-in məlumatına görə, tanınmış futnol şərhçisi Ridvan Dilmen 16 illik ailə həyatına son qoyub. O, həyat yoldaşı Ayşənur Dilmendən boşanıb.

Ridvan Dilmen həyat yoldaşına və övladına aliment ödəyəcəyini qeyd edib. Cütlük mülklərini bölüşərək ayrılıblar. Onların Eda adlı bir qızı var.

Ridvan Dilmen iki dəfə evli olub. Onun ilk evliliyindən Erdi adlı oğlu var.


Ridvan Dilmenin ailəsi

Rıdvan Dilmen keçmiş futbolçudur. Türkiyənin bir neçə komandalarında oynayıb. O, 2010-ci ildə sevgilisi jurnalist N.Y və həyat yoldaşı Ayşenur Dilmenin telefonlarını qeyri-qanuni dinləməkdə şübhəli bilinib. İddiaya görə, o, bu məsələdə işdən çıxarılan və təqaüdə çıxan polislərdən ibarət qruplaşmadan yardım alıb. Keçmiş futbolçu polis bölməsinə aparılaraq dindirilib. Sonradan şərhçi azadlığa buraxılıb.


Ridvan Dilmanın ən yaxşı 10 qolu

1987-ci ildə heç kimin gözləmədiyi halda Ridvan "Fənərbağça"ya transfer olunur. Uşaqlıqdan "Fənər"ə azarkeşlik edən şərhçi "sarı-lacivertliler"lə 1988-1989-ci ildə Türkiyə çempionu olub.

Tags:  Qalmaqallı aparıcı boşandı FOTO VİDEO

RƏYLƏR


Top news