Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Boatenq keçmiş klubuna qayıdır

Boatenq keçmiş klubuna qayıdır

Date: 5 December 2015 17:37

Qana millisinin üzvü Kevin-Prins Boatenq yenidən "Milan"a qayıdacaq. Milli.Az Goal.az-a istinadən bildirir ki, hazırda klubsuz olan yarımmüdafiəçinin agenti Federiko Pastorello bu barədə Mixayloviçin razılığını aldıqlarını qeyd edib.
""Milan"ın qərargahında transfer bazarı haqqında müzakirə apardıq. Baş məşqçi Sinişa Mixayloviç Boatenqin xidmətində maraqlı olduğunu dedi. İndi görək "Schalke" ilə rəsmən yollarımızı ayıra biləcəyikmi. Bundan dərhal sonra "Milan"la müqavilə imzalanacaq. Kevin "rossoneri" və məşqçi üçün çox faydalı olacaq. Keçirdiyi çətin aylardan sonra futbola qayıtmağa böyük istəyi var. O, "Milan"ın etimadının əvəzini vermək istəyir. Əsas olan baş məşqçinin razılığını almaq idi", - Pastorello bildirib.
Xatırladaq ki, ötən mövsümün sonunda "Schalke" imkanlarından aşağı çıxış etdiyini əsas gətirərək Boatenqi komandadan uzaqlaşdırmışdı.

Milli.Az


Tags:  Boatenq keçmiş klubuna qayıdır

RƏYLƏR


Top news