Milyarderlər də intihar edir?

Milyarderlər də intihar edir?
17:58 5 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Təhqiqatçılar vəkil və investor, “Olimpiyski” idman kompleksi və “Norilsk-1” yatağının sahiblərindən biri, ali hüquq mükafatı laureatı, Rusiya vəkillərinin top-10 siyahısında yer alan milyarder Dmitri Şumkovun intiharını araşdırır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, D.Şumkov “Moskva-Siti” kompleksinin qüllələrinin birində yerləşən lüks apartamentdə öz qarderobunda qalstukundan asılı vəziyyətdə tapılıb. Vəkilin ölümqabağı məktub yazmadığı bildirilir.
Milyarderin biznesdəki problemlərlə bağlı intihar etdiyi güman olunur. Bu versiya hazırda prioritet sayılır. Belə ki, onun tərəfdaşı, iri tikinti layihələri ilə məşğul olan Andrey Arxangelskinin həbsindən sonra Şumkov problemlərlə üzləşmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milyarderler_de_intihar_edir-908618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR