Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakıda keçmiş qonşusunu öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​Bakıda keçmiş qonşusunu öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Date: 5 December 2015 18:02

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Sulutəpə qəsəbəsində keçmiş qonşusunu öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Eynalov Samir Həsrət oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclada təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin 31 avqust tarixində baş verib. Samir Eynalov Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Nizami Nuriyevi öldürüb. S.Eynalov ilkin ifadəsində bildirib ki, hadisədən əvvəl mərhum onu görərkən gülüb. Aralarında daha öncə də ədavət olduğundan, S.Eynalov N.Nuriyevdən qisas almaq qərarına gəlib. O, köhnə qonşusu N.Nuriyevə bir neçə dəfə bıçaqla zərbə endirib. Ağır bədən xəsarəti alan yaralı dünyasını dəyişib.
Bu ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs S.Eynalovun müdafiəçisi Emil Aslanov onun əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə,xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilməsini istəyib. Məhkəmə heyəti vəsatəti təmin edib. S.Eynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən narazı qalan dövlət ittihamçısı və zərərçəkən şəxsin hüquqi varisi apellyasiya şikayəti veriblər.

Tags:  Bakıda keçmiş qonşusunu öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

RƏYLƏR


Top news