Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb

Date: 5 December 2015 18:18


Bakı, 5 dekabr, AZƏRTAC 
Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan vətəndaşlarının 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1981-1997-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2016-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Tags:  Azərbaycan vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb


RƏYLƏR


Top news