Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Karib dənizində tapılan xəzinə10 milyardlarla dollar məbləğində qiymətləndirilir

Karib dənizində tapılan xəzinə10 milyardlarla dollar məbləğində qiymətləndirilir

Xəzər dənizində (11 Mart 2017 09:14)

Tarix: 5 Dekabr 2015 18:23


Bakı, 5 dekabr, AZƏRTAC
Kolumbiya sahillərində tapılan qaleonda on milyardlarla dollar dəyərində xəzinə daşınırmış. Söhbət kral V Filipp üçün nəzərdə tutulan İspaniya tacının xəzinəsindən gedir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “San Xose” qaleonunun ispan kralına çatdıra bilmədiyi xəzinə keçən əsrin 80-ci illərində 5-10 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin ötən müddət ərzində inflyasiya və dolların kursunun dəyişməsi nəticəsində onun dəyəri qat-qat artıb.
Xatırladaq ki, 1708-ci ildə Britaniya gəmiləri ilə döyüşdən sonra Karib dənizində, Kartaxena şəhəri yaxınlığında batan qaleon Kolumbiya sahillərində aşkarlanıb. Tapıntı barədə Kolumbiya lideri Xuan Manuel Santos məlumat verib. Üç yüz il su altında qalan xəzinədə xeyli zümrüd, həmçinin çox sayda qızıl və gümüş sikkələrin olduğu bildirilir.
 

Teqlər:  Karib dənizində tapılan xəzinə10 milyardlarla dollar məbləğində qiymətləndirilir



RƏYLƏR


Top xəbərlər