Aleks Nussem: “Bakutel 2015” İsrail şirkətləri üçün yeni imkanlar açır

Aleks Nussem: “Bakutel 2015” İsrail şirkətləri üçün yeni imkanlar açır
18:38 5 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi İsrail şirkətləri üçün yeni imkanlar açır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakutel 2015” sərgisində iştirak edən İsrailin “MRGUARDIAN” şirkətinin Avropa və beynəlxalq biznesin inkişafı üzrə baş meneceri Aleks Nussem deyib.
Mənsub olduğu şirkətin hazırladığı proqram barədə danışan baş menecer bildirib ki, bu proqram mobil telefonlar vasitəsilə insanlar arasında əlaqəni daha da yaxınlaşdırır, insanlar onları əhatə edənlərin daha təhlükəsiz həyatını təmin edə bilirlər.
“Bakutel 2015” sərgisinin İsrail şirkətləri üçün əlverişli platforma olduğunu bildirən qonaq bu sahədə azərbaycanlı həmkarları ilə biznes əlaqələri yarada biləcəyinə inandığını söyləyib: “Texnologiya innovasiyalara söykənir. Biz yeni texnologiyanın inkişafını dəstəkləyirik və yüksək texnologiyaların bir çox xidmətlərini insanların istifadəsinə verə bilərik. Bu səbəblər bizim informasiya sahəsində əlaqə qurmağımız üçün möhkəm əsas yaradır. Bizi Azərbaycan bazarı çox maraqlandırır”.
Azərbaycanda olmağından məmnunluğunu dilə gətirən qonaq azərbaycanlıların qonaqpərvərliyini xüsusi qeyd edib. “Azərbaycan artıq nəinki region üçün hətta Avropa, bütün dünya üçün vacib ölkəyə çevrilib. Buradakı insanların səmimiliyi məni valeh etdi. Bakı durmadan inkişaf edir. Şəhərinizin Şərq və Qərb ornamentlərini özündə əks etdirən əsrarəngiz binaları məni heyrətləndirdi”, - deyə Aleks Nussem vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aleks_Nussem_Bakutel_2015_Israil_sirketleri_uchun_yeni_imkanlar_achir-908635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR