Türkiyə Prezidenti: “Türk axını” qaz kəməri layihəsini biz dayandırmışıq

Türkiyə Prezidenti: “Türk axını” qaz kəməri layihəsini biz dayandırmışıq
18:38 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 5 dekabr, AZƏRTAC
“Türk axını” qaz boru kəməri layihəsi rəsmi Ankaranın şərtləri yerinə yetirilmədiyi üçün Türkiyə tərəfindən dayandırılıb.
Bu barədə məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, layihənin Rusiya tərəfindən dayandırılması barədə informasiyalar həqiqəti əks etdirmir. Dövlət başçısı diqqətə çatdırıb ki, mövcud gərginlik hələlik Rusiyanın “Rosatom” şirkəti tərəfindən Türkiyədə inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinə mənfi təsir göstərməyib.
Qeyd edək ki, “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərdən 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Prezidenti_Turk_axini_qaz_kemeri_layihesini_biz_dayandirmisiq-908632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR