Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Suriyadan başqa heç bir ölkə İŞİD-dən neft almır"

"Suriyadan başqa heç bir ölkə İŞİD-dən neft almır"

Date: 5 December 2015 18:42

Milli.Az Musavat.com-a istinadən bildirir ki, bu barədə Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun mütəxəssisi Zübeyir İqbal Rusiyanın ortaya atdığı "Türkiyə İŞİD-dən neft alır" iddiaları ilə  bağlı açıqlama verib. 

Rusiyanın ortaya atdığı iddiaların sübuta yetirilmədiyini və bu tipli bir çox təsdiqlənməmiş dedi-qodunun olduğunu vurğulayan mütəxəssis: "Suriya rejmindən başqa heç bir ölkənin təşkilatı və ya rəsmi qurumu İŞİD-dən neft almır", - deyə bildirib.

Zübeyir İqbal qaçaqmalçıların neft məhsullarının sərhəddən kənara daşınması ilə bağlı problemin yeni bir hal olmadığını vurğulayıb: "Neft məhsulları illərdir İraq və İran kimi ölkələrdən qaçaqmalçılıq yolu ilə çıxarılır". 

Brüsseldəki Avropa Siyasi Mərkəzinin mütəxəssisi Marko Giuli isə neft qaçaqmalçılığından qazanılan pulun İŞİD-in ən önəmli gəlir mənbələrindən biri olduğunu söyləyib.

M. Giuli bildirib ki, neft qaçaqmalçılığı kiçik  çevrədə yerli qaçaqçılar tərəfindən həyata keçirilir və sərhədlərin normal şəkildə qorunmasını təmin etməklə bunun qarşısını almaq olar.

Milli.Az


Tags:  Suriyadan başqa heç ölkə İŞİD-dən neft almır


RƏYLƏR


Top news