Basketbol üzrə 23-cü Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib

Basketbol üzrə 23-cü Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib
18:48 5 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın altıncı turunda NTD komandası “Sıçrayış”a 103:62, AzTOP klubu BDU-ya 107:35, “Dərviş” “Araz”a 77:54, “Bakı” kollektivi isə “Baku Oilers”ə 88:87 hesabı ilə qalib gəlib.
Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.
Hesabında 11 xal olan NTD, “Bakı” və “Baku Oilers” komandaları turnir cədvəlinin ilk üç pilləsində qərarlaşıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Basketbol_uzre_23_cu_Azerbaycan_chempionatinin_altinci_turunun_oyunlari_kechirilib-908642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR