Ərdoğan: "Türkiyə başqalarını da tapa bilər"

Ərdoğan: "Türkiyə başqalarını da tapa bilər"
18:52 5 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə Rusiyadan savayı başqa neft-qaz təchizatçıları da tapa bilər". Milli.Az Musavat.com-a istinadən məlumat verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz başqa təchizatçılar da tapa bilərik", - deyə prezident yerli telekanallardan birində çıxışı zamanı söyləyib.

Türkiyə qaza olan tələbatının 55-57%-ni Rusiya hesabına ödəyir.
Rusiyanın energetika naziri Aleksandr Novak az öncə bəyan eləmişdi ki, Rusiya ilə Türkiyə arasında "Türk axını" qaz kəmərinə dair danışıqlar dayandırılıb. Lakin "Qazprom" ikitərəfli müqavilə əsasında Türkiyəyə qaz satışını davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR