"Karyeramın ən xoşbəxt anlarını yaşayırdım ki, bu zədə gəldi"

"Karyeramın ən xoşbəxt anlarını yaşayırdım ki, bu zədə gəldi"
18:57 5 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool"un hücumçusu Denni İnqs cari mövsümü erkən tamamlayıb. Milli.Az Goal.az-a istinadən bildirir ki, ingilis forvard tibbi personalın məsləhəti ilə dizindən aldığı zədə ilə risk etmək istəmədiyini və növbəti il meydanlara dönəcəyini açıqlayıb.
"Zədə alandan sonra demişdim ki, mövsümün sonuna qədər meydana çıxacam. Amma cərrah və fizioloqların məsləhəti üzərində düşündüm. Bilirəm ki, onlar mənimlə risk etmək istəmirlər. Özüm də buna tərəfdaram. Futbolda eniş və yoxuşlar olur. Karyeramın ən xoşbəxt anlarını yaşayırdım ki, bu zədə gəldi. Sanki ayağım qapının arasında qaldı. Liverpulda yerləşib qollar vurur və oyunlara çıxırdım. İngiltərə millisində debüt etdim. Sonra sanki kimsə bunları əlimdən aldı. Çox məyus oldum. Çünki futbol həyatımdır. Sevdiyim şeyi edə bilməmək kiminsə övladından ayrı düşməsinə bənzəyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR