Uzun illərdi futbol şərhçiliyi ilə məşğul olan keçmiş futbolçu Rıdvan Dilmen 16 illik həyat yoldaşı Ayşenur Dilmenlə həyat yollarını ayırıb.
Fanat.az xəbər verir ki, cütlük öz mülklərini aralarında bölüb. Rıdvan Dilmen həyat yoldaşı və uşağına təzminat ödəyəcək.
Qeyd edək ki, Rıdvan Dilmenin ilk evliliyindən Erdi adlı bir oğlu var. İkinci dəfə 1999-cu ildə ailə quran keçmiş futbolçunun Ayşenurdan Eda adlı bır qızı da dünyaya gəlib.
Fanat.az