Azərbaycan vətəndaşı Rusiyaya qaça bilmədi - FOTO

Azərbaycan vətəndaşı Rusiyaya qaça bilmədi - FOTO
19:12 5 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan vətəndaşı Rusiyaya qaçmaq istəyərkən saxlanılıb. 
Milli.Az "Report"a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları özünü vergi müfəttişi kimi təqdim edən, dələduzluq yolu ilə vətəndaşları aldadan Cəlilabad rayonu, Uzuntəpə kəndinin sakini Əzizağa Abasəli oğlu Abışovu Qusar rayonunda, Yalama gömrük-keçid məntəqəsi yaxınlığında həbs edib.
Məlumata görə, vətəndaşların müraciəti əsasında barəsində cinayət işi açılan Ə.Abışov əvvəllər hərbiçi olub, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib, ordudan xaric edildikdən sonra asan qazanc əldə etmək fikrinə düşüb. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə,529 ünvanında qeydiyyatda olduğu bildirilən "Sahibkarlıq və Hüquq" MMC-də işə düzəlib. Bir müddət sonra sahibkarların maarifləndirilməsi adı altında rayonlara səfər edib və təmsil etdiyi MMC-də işə düzəltmək adı altında ayrı-ayrı vətəndaşlardan böyük məbləğdə pul alıb. Belə ki, 2015-ci ilin may ayında Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Rumanə Mahmud qızı Mahmudovanı aldadaraq işə düzəltmək adı ilə ondan 2900 manat, iyun ayında Astara raoynunun Ərçivan qəsəbəsinin sakini Mehman Məmməd oğlu Məmmədovun etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə aldadaraq 800 manat, iyul ayında Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Tosif Tofiq oğlu Babayevin 960 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub. Bundan başqa, Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Rəsmiyyə Hacıbaba qızı Əliyeva təqsirləndirilən şəxs qismində saxlanılan Əzizağa Abışovun 2015-ci ilin iyul ayında onun dükanına vergi əməkdaşı kimi daxil olduğunu, sonuncunun başının qarışıq olmasından istifadə edərək dükandan 600 manat dəyərində kontur və 400 manat məbləğində pul oğurladığını iddi edir. Təqsirləndirilən şəxs Əzizağa Abışov törətdiyi əməldən peşman olsa da, aldığı pulların bir qismini MMC-nin baş direktoruna verdiyini söyləyir.
Astara Rayon Polis Şöbəsi İstintaq bölməsinin baş müstəntiqi Samir Həsənov bildirib ki, dələduzluq cinayət əməlinə görə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə həbs olunması üçün rayon prokurorluğuna müraciət olunsa da, vəsatət təmin edilməyib. Onun barəsində başqa yerə getməməsi haqqında iltizam barədə qətimkan tədbiri seçilib.
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR