"Spartak"ın əvəzedici komandasını çalışdıran Vladimir Besçastnıx istefaya göndərilib. Milli.Az Goal.az-a istinadən bildirir ki, klub qənaətbəxş nəticələr qazanılmadığı səbəbindən yaxın keçmişin məşhur futbolçusunu vəzifəsindən azad edib. Hazırda "Spartak"ın əvəzedici komandası turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Besçastnıx 1992-94, 2001-02-ci illərdə futbolçu kimi "Spartak"ın şərəfini qoruyub. 2011-ci ildə karyerasını başa vuran rusiyalı mütəxəssis 2014-cü ilin mayından Moskva klubunun əvəzedicilərinə rəhbərlik edirdi.
Milli.Az