Əsl dostun kimdir, bilirsənmi?

Əsl dostun kimdir, bilirsənmi?
19:17 5 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

İnsanın 3 dostu var: biri onu evindən yola salar, biri qəbrə qoyulana qədər dalınca gələr, biri də axirəti boyunca ona yoldaşlıq edər. İnsanı evindən yola salan dostu qazandığı dünya malıdır, məzarına qədər gələn və dəfn edib geri dönən sevdiyi insanlardır, axirətdə də yoldaşlıq edən isə əməlləridir. 

Kim bilir, bizi o Böyük Məhkəmədə cəhənnəm əzabından hansı əməlimiz qurtaracaq. Hərdən oturub düşünək və əməllərimizi göz önündən keçirib, ruhumuza təskinlik verən bir şey tapmağa çalışaq.

Bir əlində torba və əsasını tutmuş, o biri əli ilə dükandan yenicə aldığı çörəyi sinəsinə sıxmış bu dədə evinə tələsir. Bu dədənin oğlu və gəlini iki il əvvəl avtomobil qəzası nəticəsində Haqqın rəhmətinə qovuşublar. Qarısını beş il əvvəl torpağa tapşırmış bu dədə indi irili-xırdalı dörd nəvəyə baxır. O dörd nəvə üçün ata da odur, ana da; baba da odur, nənə də. Onların paltarlarını da yuyur, ən balacanın altını da təmizləyir, səhər durğuzub yedizdirir, birini məktəbə aparır, o birini gətirir. İndi, maşallah, uşaqlar bir az yekəliblər. Çox işlərini özləri görürlər. Özləri özlərinə böyüklük edirlər. Dədənin hər sözü onlar üçün qanundur, yaşları az da olsa anlayırlar ki, Allahdan aşağı bu dədə onlar üçün ən böyük dayaqdır və o dayağın möhkəm olması, sarsılmaması üçün onun sözünə baxmalıdırlar. Sağ olsunlar, elə baxırlar da. Baba da hər ay aldığı qocalıq təqaüdünü, uşaqların adına verilən müavinəti qənaətlə xərcləyərək dörd bala böyüdür. Əslində böyüdən Allahdır, dədə sadəcə çırpınır və boynuna düşən işləri yerinə yetirməyə çalışır. Arada bir də deyir ki, aldığı bu üç-beş manatla bu qədər dərd-səri necə yola verdiyini heç özü də anlamır.

Çoxumuz nə qədər sərvətə sahib olduğumuzun fərqində belə deyilik. Bəlkə kimsə özünü kasıb hesab edir, amma oturub yaxşıca düşünəndə hər zaman hansısa imkana, hansısa sərvətə sahib olduğunu özü də təsdiq edər. Məsələ təkcə onda deyil ki, kiminsə cibinə pul basasan ki, gedib problemlərini yoluna qoysun. Bir təbəssüm də sədəqədir, yıxılanın qolundan tutub qaldırmaq da... Allahın rizasını qazanmaq üçün verilən hər sədəqə yüz qat, min qat artığı ilə sahibinə dönəcək. Bir də ki, sədəqənin çoxu, azı olmaz. Sədəqənin bərəkəti onu verənin səmimiyyəti ilə bağlıdır. Bəlkə bir qədər yuxarıda haqqında danışdığımız o dədə torbasındakıları və o isti çörəyi sənin verdiyin sədəqə ilə alıb. Bu haqda heç düşündünmü? Bəlkə baba sənin verdiyin sədəqə ilə aldığı çörəyi orucunu açanda yeyəcək. Kim bilir, hələ bəlkə bu dədənin böyük nəvəsi də əl çəkmədi və babası ilə birlikdə sahura qalxıb oruc tutdu. Sənin verdiyin sədəqə bir azdan bir oruc süfrəsinin bərəkəti olacaq. Sən necə düşünürsən, sənin verdiyin sədəqə bir dərdli ailənin süfrəsinin bərəkəti olduğu halda, bütün mal-mülkün, var-dövlətin Sahibi Allah Zül-Cəlal Həzrətləri dünyada və axirətdə sənin süfrəni boş qoyarmı? Heç bu haqda düşündünmü? Hələ onu da düşündünmü ki, verdiyin sədəqə ilə hər nəvəsinə bir hədiyyə də alıb və o nəvələr sənin verdiyin sədəqə ilə alınmış hədiyyələri bu gecə qucaqlayıb yatacaqlar. Ən azı bu gecə yetim olduqlarını unudacaqlar, atalı-analı uşaqlar kimi sevinəcəklər. O nəvələr bu gecə yuxularında üzlərini belə xatırlamadıqları valideynlərini görəcəklər və hamısının gördükləri də sənə bənzəyəcək. Sənin verdiyin sədəqə ilə o yetimlərin könlü açılır, dünyaları şənlənirsə, bu dünyanın və axirətin Sahibi bu dünyada və axirətdə sənin əllərini boş qoyarmı? Heç düşündünmü? Heç düşündünmü ki, sən bu qədər könül sevindirdiyin halda, Allah-Təala sənin könlünü sevindirməzmi? Düşün, düşün, düşünmək də ibadətdir. Doğru istiqamətdə düşünsən, inanacaqsan ki, cənnət o qədər də bahalı deyilmiş. Ən səmimi, ən xalis niyyətlə verilmiş az bir miqdar belə bəzən qurtuluşa səbəb ola bilər. Hələ əl tutduğun tərəf yetimlərdirsə, qazanc qat-qat artır. Yetimlər- Allahın yer üzünə əmanətləri kimidirlər. Allah-Təala yetimlərin qayğısına qalmağı, onların sağlam, xoşbəxt böyümələri üçün çalışmağı dönə-dönə əmr etmişdir.

Əldən tutanda, yardım edəndə heç zaman unudulmayacaq iki təməl prinsipi var: "mən verdim, mən elədim" düşüncəsindən uzaq durmaq və Allah-Təalanın bir işə sizi səbəb qıldığına inanmaq və hər şeyə bu məntiqlə yanaşmaq. Çünki hər şeyin sahibi Allahdır, sən də, sənin sərəncamında olan mal-mülk də, hər şey onun mülkündədir; elədiyin yaxşılığı ancaq və ancaq Allahın buyruğuna uyğun olduğu üçün eləmək, qarşı tərəfdən heç bir təmənna gözləməmək, umduğunu ancaq Allahdan ummaq bu həqiqətin təsdiqidir. Əgər insan elədiyi yaxşılığı başa qaxacaqsa, çox böyük zərərə uğramış olur. Əvvəla, ona görə ki, Allahın mülkündən pay verən niyə bu yaxşılığı öz adına yazmalıdır? İkincisi, bir şey verəndə niyyətin Allahın məmnunluğunu qazanmaqdırsa, niyə adamın başına qaxınc edirsən. Əgər edirsənsə, demək niyyətin doğru niyyət deyilmiş.

Qurani-Kərimdə tez-tez buyurulur bu ifadə: "Heç təfəkkür etməzsinizmi?" Doğru-düzgün istiqamətdə təfəkkür də ibadətdir.

Uca Peyğəmbərimizin buyurduğu bir həqiqəti də xatırladaraq yazımızı tamamlamaq istəyirəm: bizə əlimizdə tutduqlarımız deyil, verdiklərimiz qalacaq.

Əmin ol ki, Allah rizasını qazanmaq üçün verdiyin hər quruş qat-qat artığı ilə sənə dönəcək, əgər inanmırsansa, daha mənim söz uzatmağımın nə mənası olacaq ki?
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib

24 İyun 2017 19:53

İnsanların üz tutacağı Marsın yeni sirləri

24 İyun 2017 19:52

Ən bahalı əmlak bu ölkələrdə satılır

24 İyun 2017 19:52

Bakıda 415 manata görə sevgilisini öldürdü

24 İyun 2017 19:47

Ramazan ayı hansı gün sona çatır?

24 İyun 2017 19:47

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 19:42

Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir?

24 İyun 2017 19:42

"Məni döyürdü, uşağımı itirəcəkdim" - Tatlısəslə bağlı 38 il sonra gələn etiraf - FOTO

24 İyun 2017 19:42

Qəzəbli fil nəqliyyat vasitələrinə hücum etdi -

24 İyun 2017 19:39

Gömrükçülərdən UĞURLU ƏMƏLİYYAT

24 İyun 2017 19:38

Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - REYTİNQ

24 İyun 2017 19:37

Fil festivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 19:37

Möcüzə cihaz: bunu taxan hər dildə DANIŞA BİLƏCƏK

24 İyun 2017 19:33

Olimpiya çempionu oteldə pozalar verdi - FOTO

24 İyun 2017 19:32

Gömrükçülər külli miqdarda qızıl müsadirə edib

24 İyun 2017 19:27

“The Black Eyed Peas” Bakıda - FOTO

24 İyun 2017 19:22

Bakıda Fernando Alonsonun cəriməsi 40 mövqeyə çatıb

24 İyun 2017 19:22

"Formula-1": Luis Hamilton birinci başlayacaq

24 İyun 2017 19:22

Ayaqlar üçün vanna

24 İyun 2017 19:22

"Trampın arvadı çox xoşuma gəlir" - Keçmiş baş nazirdən ŞOK AÇIQLAMA

24 İyun 2017 19:19

Trampın şəkli olan ALT PALTARLARI - FOTO

24 İyun 2017 19:18

Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI

24 İyun 2017 19:17

Azərbaycan Ermənistanda sement istehsalını İFLİC ETDİ - FOTO

24 İyun 2017 19:12

Xolesterol səviyyəsini azaltmaq üçün 4 qida

24 İyun 2017 19:12

"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi uğurla başa çatıb (FOTO)

24 İyun 2017 19:08

Məhkumlar inanılmazı etdi -

24 İyun 2017 19:08

İsrail aviasiyası Suriya qoşunlarına zərbə endirib

24 İyun 2017 19:07

Seren Serengildən Kıvanç Tatlıtuğa CAVAB

24 İyun 2017 19:05

Hollandiyalı futbolçu "Qəbələ"də

24 İyun 2017 19:01

Türkiyədə ƏMƏLİYYAT - 7 PKK üzvü məhv edildi

24 İyun 2017 18:57

Acun Ilıcalı özünə 3 gün, 3 gecə toy edəcək - SEVGİLİSİ AÇIQLADI

24 İyun 2017 18:54

Şəkidə qəza törədən avtomobil aşdı - FOTO

24 İyun 2017 18:52

Formula 1 pilotlarının təsnifat mərhələsindən FOTOSESSİYA

24 İyun 2017 18:43

La Liqada uzaqları yaxın edən ən yaxşı 10 qol - VİDEO

24 İyun 2017 18:42

Şotlandiyalı qonaq: Bakıda yarışların təşkili daha yüksək səviyyədədir

24 İyun 2017 18:36

Formula-1: Birinci sırada kim başlayacaq? - SİYAHI

24 İyun 2017 18:34

Formula 1 yarışlarında üçüncü sərbəst yürüş başa çatdı -

24 İyun 2017 18:34

Qumbara satan Pirallahı sakini YAXALANDI

24 İyun 2017 18:33

Formula1: Luis Hemilton sıralama turunun qalibi olub

24 İyun 2017 18:32

Formula 1 pilotlarının start düzülüşü müəyyənləşdi - SİYAHI

24 İyun 2017 18:29

Formula 1: Daniel Rikkardo sıralama turunu başa çatdıra bilməyib

24 İyun 2017 18:27

"Beşiktaş" "Real"ın futbolçusunu istəyir

24 İyun 2017 18:27

Bakıda qadın faciənin qurbanı oldu

24 İyun 2017 18:24

Qalmaqallı dərsliyə rəy verən ekspert mübahisələrə NÖQTƏ QOYDU

24 İyun 2017 18:23

Everestdə tapılan 10 nəfərin ölümünün sirləri - FOTO

24 İyun 2017 18:22

Prezident İlham Əliyev "FADA"-nın rəhbərini -

24 İyun 2017 18:14

Natavanla Dadonun nişanından FOTOlar

24 İyun 2017 18:12

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

24 İyun 2017 18:08

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik edib

24 İyun 2017 18:08

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

24 İyun 2017 18:05