Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Astarada vətəndaşları aldadan şəxs tutulub

Astarada vətəndaşları aldadan şəxs tutulub

Date: 5 December 2015 19:19

 

Astara polisi vətəndaşları aldadaraq onların pulunu mənimsəyən şəxsi saxlayıb.

 

Bu barədə məlumatı APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Samir Həsənov verib. Onun sözlərinə görə, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Əzizağa Abbasəli oğlu Abışov özünü “Sahibkarlıq və hüquq” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) əməkdaşı kimi qələmə verməklə ayrı-ayrı vətəndaşlardan, o cümlədən Astara rayonunun Ərçivan qəsəbə sakinləri Mahmudova Rumanə Mahmud qızından 2900 manat,    Məmmədov Mehman Məmməd oğlundan 800 manat,  Babayev Tosif Tofiq oğlundan 960 manat alıb, onları guya işə düzəldib və hətta vəsiqələrlə də təmin edib. Həmin şəxslər isə bölgədə fəaliyyət göstərən ticarət obyektlərində yoxlamalar apararaq, hədə-qorxu ilə obyekt sahiblərindən pul alıblar.

 

Rayonun Ərçivan qəsəbə sakini Əliyeva Rəsmiyyə Hacıbaba qızı isə təqsirləndirilən şəxs qismində saxlanılan Əzizağa Abışovun 2015-ci ilin iyul ayında onun dükanına vergi orqanı əməkdaşı kimi daxil olduğunu, sonuncunun başının qarışıq olmasından istifadə edərək dükandan 600 manat dəyərində “simkart” və 400 manat oğurladığını bildirib.

 

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.








Tags:  Astarada vətəndaşları aldadan şəxs tutulub

RƏYLƏR


Top news