SOCAR-ın “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

SOCAR-ın “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb
19:22 5 Dekabr 2015
276 Sosial
Ölkə mətbuatı
A- A+

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib (26 Aprel 2017 15:07)
“Günəşli” yatağında yeni quyu qazılır (25 Aprel 2017 16:41)
Rus bölməsi abituriyentləri üçün Apelyasiya Komissiyası yaradılıb (11 Aprel 2017 11:29)

Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
Dövlət başçısı xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə qərara alıb:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri:
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri:
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Mədət Quliyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Dövlət Komissiyasına itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etmək, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etmək, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05