İŞİD nədir? - FOTO

İŞİD nədir? - FOTO
19:37 5 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

İslam Dövləti, İŞİD və Daeş kimi tanınan terrorçu qrup amansızlığı ilə tanınır ki, buna kütləvi qəttlər, insan oğurluğu və baş kəsmələr daxildir. 

İŞİD necə yaranıb? 

İslam Dövləti 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra yaranıb. İordaniyalı yaraqlı Əbu Musab əl-Zərqavi Cəmaat əl-Təvhidəl-Cihadı əl-Qaidə ilə birləşdirərək İraq əl-Qaidəsi adlandırıb.  

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ötən il ABŞ hava hücumu nəticəsində əl-Zərqavinin ölməsi ilə onun davamçıları İraq əl-Qaidəsinin adını dəyişərək "İraq və Suriyanın İslam Dövləti" və ya "Levant  və İraqın İslam Dövləti" adlandırıb. Qrup dəstəkçiləri tərəfindən il-Davla, ərəbdilli əleyhdarları tərəfindən isə Daeş adlandırılır. 

Necə genişlənib? 

İslam Dövlətinin hazırkı lideri Əbu Bəkr əl-Bağdadi 2010-cu ildə qrupun idarəsini ələ keçirdikdən sonra İŞİD-in imkanlarını artırmağa başladı. Bağdadi bir müddət İraqda ABŞ həbsxanalarında qalıb. İŞİD-in tərkib hissəsi o həbsxanalarda təşkil olunan qruplaşmalar, eləcə də Səddam Hüseynin devrilmiş BƏS partiyasından ibarətdir. 

2013-cü ildə İŞİD Suriyada davam edən müharibədən sui-istifadə edərək İraq sərhədlərindən kənara çıxıb, genişlənərək suriyalı döyüşçüləri cəld edib.  

Daha sonra qrup bir sıra uğurlu missiyalar həyata keçirdi ki, buna Rəqqa şəhərinin nəzarətini Suriya prezidenti Bəşər Əl-Əsədin ordusundan almaq daxildir.  

2013-cü ilin sonunda İŞİD diqqətini yenidən İraqa yönəltdi və şiələrin idarə etdiyi hökümətlə sünni ərəb icması arasındakı siyasi qarşıdurmadan sui-istifadə etdi. Tayfalar və Səddam Hüseynin keçmiş tərəfdaşlarının köməkliyi ilə İŞİD mərkəzi Fəlluca şəhəri üzərindəki nəzarəti ələ keçirdi.  

2014-cü ilin iyun ayında Suriya və İraqda onlarla şəhər və kəndləri ələ keçirdikdən sonra İŞİD xəlifəlik yaratdığını elan etdi və adını "İslam Dövləti"nə dəyişdi.  

Nə istəyir? 

İslam Dövləti qrupu inanır ki, bütün müsəlmanların borcu xəlifəliyə köçüb, digər ölkələrin vətəndaşlıqlarından imtina etməkdir. Qrup özündən başqa hər hansı bir digər höküməti İslama küfr kimi qiymətləndirir.  

Xəlifəlik elan edildikdən sonra İŞİD əl-Bağdadini "bütün müsəlmanların lideri" kimi təbliğ etməyə başladı. Bu isə müsəlman dünyasının əksəriyyətinin qəzəbinə səbəb oldu.  

İslam Dövlətini dəstəkləyənlər Qərbin müdaxiləsini xoş qarşılayır, çünki onların fikrincə, bu müdaxilə şimali Suriyada qeyri-islami qüvvələri və İslam ordusu arasındakı müharibədə onların qələbəsini tezləşdirəcək.  

Necə maliyyələşdirilir? 

Qrup maliyyəsini qaçaqmalçılıq yolu ilə Suriyadan neft keçirmək, insan oğurluğu (girov götürmək) və reketlik vasitəsilə əldə edir. Amma bundan əlavə Körfəz ölkələrindəki özəl cihad şəbəkələri də qrupa ianələr edir.  

ABŞ Maliyyə Nazirliyi təxmin edir ki, 2014-cü ildə İŞİD yerli vasitəçilərə xam neft və emal edilmiş məhsullar satmaqla 100 milyon gəlir əldə edib. Yerli vasitəçilər daha sonra bu məhsulları ya Türkiyə və İrana keçirdir, ya da Suriya hökümətinə satır.  

Amma neft infrastrukturlarını hədəfləyən hava hücumlarının bu gəliri azaltdığı güman edilir. 

İnsan oğurluğu da 2014-cü ildə İŞİD-ə azı 20 milyon dollar gəlir qazandırıb, çünki onlar girov götürdüyü insanların azadlığa buraxılması müqabilində ailələri və ölkələrindən pul alıb. Bundan əlavə İŞİD nəzarət etdiyi bölgələrdə yaşayan insanların pullarını əllərindən zorla alaraq hər ay milyonlarla dollar əldə edir.  

İslam Dövlətinin dünyadakı ən zəngin terrorçu təşkilatı olduğu güman edilir.  

Nə üçün onlar bu qədər zorakıdır? 

İslam Dövlətinin üzvləri sünni İslamın ekstermal interpretasiyasına əməl edirlər və təkcə özlərini əsl mömin sayırlar. Onların fikrincə, digər ölkələr İslamı məhv etmək istəyən kafirlərdir. Buna görə də İŞİD digər müsəlmanlar və qeyri-müsəlmanlara qarşı hücumlarına haqq qazandırır.  

Qrup düşmənlərini vahimə salmaq üçün baş kəsir, çarmıxa çəkir və kütləvi güllələmələr həyata keçirir. 

İslam Dövləti qrupu indiyədək azı 12 ölkədən 23 qərbli girovu saxlayır. İŞİD girovları işgəncəyə məruz qoyub, edam edib və təxribat səylərində onlardan vasitə kimi istifadə edib.  

Ötən il qrup yaraqlıların girovların başlarını kəsdiyi videoları paylaşıb. Bu girovlardan biri də amerikalı jurnalist Ceyms Folli olub.  

Bununla yanaşı İslam Dövləti nəzarət etdiyi ərazilərdə seks köləliyi və qadınların zorlanmasını əmr edib.  

Quranın dəstəklədiyini iddia edərək yaraqlılar əsasən yezidi azlıq qrupuna mənsub qadın və qızları əsarət altına alıb.  

3 mindən çox qadının İslam Dövləti tərəfindən saxlandığı güman edilir. Əsarətdən qaçmağı bacaran və ya xilas edilən qadınların anlatdığına görə, onlar yaşlarına görə qiymətləndirilib, İŞİD-in nəzarət etdiyi bölgələrə göndərilib, döyüşçülərə satılır; bəzən isə rəhbərlik tərəfindən hədiyyə kimi verilir.  

Təsir dairəsi nə qədər genişdir? 

İslam Dövlətinin bütün dünyaya əli çatır. Sosial mediadan istifadə edərək qrup bütün dünyadan əsasən gənc döyüşçü və dəstəkçiləri cəlb edir.  

Təsirindən savayı İŞİD zorakılıq və ölüm yayır.  

Bu ayın əvvəli İŞİD-in Misir qolu Misirin Şarm Əl-Şeyx kurort şəhərini tərk edən rusiya sərnişin təyyarəsini partladılmasının məsuliyyətini öz üzərinə götürüb. Qəzada 224 nəfət həlak lub.  

Bundan əlavə qrup bu ay Livanın paytaxtı Beyrutda partlayışlar həyata keçirərək, 41 nəfəri öldürüb, Parisdə bir sıra terror aksiyaları nəticəsində 130 nəfərin ölümünə səbəb olub. 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR