Döyüş sənəti üzrə Avropa kuboku yarışlarında iki Azərbaycan döyüşçüsü iştirak edir

19:38 5 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Polşanın Katovitse şəhərində kişilər və qadınlar arasında döyüş sənəti üzrə Avropa kuboku yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, bu turnirdə 15 ölkəni, o cümlədən Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Böyük Britaniya, Əfqanıstan, Qazaxıstan, Fransa, İtaliya və digər dövlətləri təmsil edən 200-ə yaxın idmançı iştirak edir. Turnirin iştirakçıları arasında iki Azərbaycan döyüşçüsü - xapki-do üzrə Avropa və dünya çempionu Vüqar Əzimov və 10-cu dan və qara kəmər sahibi Süleyman Məmmədli iştirak edir.
Döyüş sənəti üzrə Avropa kuboku yarışları iki gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Doyus_seneti_uzre_Avropa_kuboku_yarislarinda_iki_Azerbaycan_doyuschusu_istirak_edir-908669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR