“Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumat

19:43 5 Dekabr 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

ANS-lə bağlı QƏRAR VERİLDİ (19 Aprel 2017 17:12)
Azərbaycanda 62 nəfər ölüb, 212 nəfər xəsarət alıb (19 Aprel 2017 17:03)
Narkomanların çoxu İŞSİZLƏRDİR (19 Aprel 2017 10:28)


Bakı, 5 dekabr, AZƏRTAC 
Respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaratmışdır. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olmuşdur. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatmışdır. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.
Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur.
Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunmuşdur. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enmişdir. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürmüşlər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilmiş, 1 nəfərin isə cəsədi sudan çıxarılmışdır. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və “BP” şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilmiş, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılmışdır. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunmuşdur. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.
Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaqdır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Meksikada toqquşmalar başladı - Narkokartel liderinin ölümündən sonra

23 Aprel 2017 09:42

Bu filmi izləyənlər ölürlər, aktyorlar bir-bir həyatını itirdi

23 Aprel 2017 09:41

İtaliya çempionatının oyununda 9 qol - VİDEO

23 Aprel 2017 09:38

Gümrüdə rusiyalı hərbçini öldürən şəxs ordudan tərxis olunub

23 Aprel 2017 09:32

Narkomafiya başçısının qətli iğtişaşlara səbəb oldu

23 Aprel 2017 09:28

İŞİD "paytaxtı"nı Rəqqadan Deyr-ez-Zora köçürüb

23 Aprel 2017 09:27

Londonda güclü YANĞIN: hadisə yerinə yüz yanğınsöndürən getdi

23 Aprel 2017 09:22

Fransa konsulluğunda səsvermə dayandırıldı - Terror həyəcanı

23 Aprel 2017 09:17

Şimali Koreya daha bir ölkəni hədələdi

23 Aprel 2017 09:15

Səudiyyə Ərəbistanının kralı oğlunu ABŞ-a səfir təyin etdi

23 Aprel 2017 09:13

ABŞ-da 9 nəfəri güllələyən şəxs öldürüləcəyi yerə köçürüldü

23 Aprel 2017 09:12

“Mercedes” yandı

23 Aprel 2017 08:56

Fransada prezident seçkiləri başladı

23 Aprel 2017 08:43

"Əxlaqım sizə dərs keçməyə bəs edər" - Könül əsəbiləşdi

23 Aprel 2017 08:42

Mətanətin iki dəfə nişanı qayıdan qızı 3-cü dəfə görün kimə ərə gedir - FOTO

23 Aprel 2017 08:23

La Liqada yenilik

23 Aprel 2017 08:22

Bu şəkillərə baxandan sonra ustaya ağız açmayacaqsız - FOTO

23 Aprel 2017 08:03

Dünyanın ən gözəl kəndləri

23 Aprel 2017 08:02

"Mən hamilə deyiləm" - FOTO

23 Aprel 2017 07:57

Pxenyan Avstraliyanı da nüvə zərbəsi ilə hədələdi

23 Aprel 2017 07:49

Meksika-ABŞ sərhədində hava tikilərsə - FOTO

23 Aprel 2017 07:32

Narkomafiya başçısının qətli kütləvi iğtişaşlara səbəb oldu

23 Aprel 2017 07:09

Qızardılmış kartofu isitməyin DÜZGÜN QAYDASI

23 Aprel 2017 07:05

Paytaxtda yanğın olub

23 Aprel 2017 06:58

İŞİD “paytaxtı”nı köçürdü

23 Aprel 2017 06:49

İspaniyada mədəniyyət mərkəzi - FOTO

23 Aprel 2017 06:32

Pişikotu dərdlərin dərmanıdır

23 Aprel 2017 06:25

Psixi problemi olan rus əsgərin qatili orduya çağrılıbmış

23 Aprel 2017 06:09

Fransanın Nyu-Yorkdakı baş konsulluğu təxliyə olunub

23 Aprel 2017 06:03

Populyar rəssamın kövrək əsərləri - FOTO

23 Aprel 2017 05:32

Kral Salman oğlunu ABŞ-a səfir təyin etdi

23 Aprel 2017 05:19

London anbarlarından birində güclü yanğın

23 Aprel 2017 05:03

Amerikalı Rusiyada tacikin gözünə bıçaq sancdı

23 Aprel 2017 04:59

Məşhur “ikialanlar” haqqında maraqlı faktlar

23 Aprel 2017 04:48

Ortasında soba olan ev - FOTO

23 Aprel 2017 04:32

Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb

23 Aprel 2017 04:09

Rumıniyada qar uçqunu - 2 xizəkçi öldü

23 Aprel 2017 04:08

Məktəbin damından velosiped yolu keçdi - FOTO

23 Aprel 2017 03:32

Gürcüstanın konstitusiyasına dəyişikliklər layihəsi

23 Aprel 2017 03:14

“Əl Qaidə”nin bir neçə lideri tutuldu

23 Aprel 2017 03:13

Günayın keçmiş əri ata oldu

23 Aprel 2017 03:09

Stavropolda iki terrorçu məhv edildi

23 Aprel 2017 03:04

Serial ulduzun FOTOları

23 Aprel 2017 02:32

Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTOLAR

23 Aprel 2017 02:18

Türkiyədə qətliamı xatırladan qəza

23 Aprel 2017 02:01

Parisi etiraz dalğası bürüdü

23 Aprel 2017 01:59

Super Naomi - FOTO

23 Aprel 2017 01:32

İşçilərə ən yüksək maaş verən ölkələr

23 Aprel 2017 01:21

“Əl Qaidə” başçılarından bir neçəsi tutuldu

23 Aprel 2017 01:09

Məşhurlarımız "İnstaqram"da

23 Aprel 2017 01:01