“Günəşli” yatağındakı baş vermiş qəza ilə əlaqədar SOCAR-ın, FHN-nin və Respublika Baş Prokurorluğunun birgə məlumatı

“Günəşli” yatağındakı baş vermiş qəza ilə əlaqədar SOCAR-ın, FHN-nin və Respublika Baş Prokurorluğunun birgə məlumatı
19:48 5 Dekabr 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

'Günəşli” yatağında iki özül təmir olunur (23 İyun 2017 10:42)
Yeni quyu istismara verildi (13 İyun 2017 12:59)
"Neft Daşları"nda yeni quyu istismara verilib (13 İyun 2017 12:47)

Bakı. Trend:

Respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaratmışdır. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olmuşdur. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatmışdır. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunmuşdur. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enmişdir. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürmüşlər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilmiş, 1 nəfərin isə cəsədi sudan çıxarılmışdır. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və “BP” şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilmiş, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılmışdır. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunmuşdur. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaqdır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

CNN Trampın Rusiya ilə əlaqələri haqqında məqalə yazan üç jurnalisti işdən azad edib

27 İyun 2017 11:22

ABŞ səfirinin oğlu Bakıda fotosərgi keçirəcək

27 İyun 2017 11:22

"Real Madrid"in müdafiəçisi klubunu dəyişdi

27 İyun 2017 11:17

Bağırsaqları 5 dəqiqəyə təmizləyir

27 İyun 2017 11:14

Fazil Məmmədov: "Stolüstü tennisçilərimiz Asiya zonasında çıxış etsəydilər, daha tez nəticə əldə edərdilər"

27 İyun 2017 11:12

​ABŞ-dan Əsədi qorxudan

27 İyun 2017 11:10

Bakıda nəqliyyatın normal hərəkəti təmin edildi

27 İyun 2017 11:09

Kiyevdə güclü partlayış - VİDEO

27 İyun 2017 11:08

Quba zəncirvari yol qəzası - Ölən və yaralanan var

27 İyun 2017 11:08

"Reyncres"in futbolçusu "Qəbələ"də

27 İyun 2017 11:07

Dünyasını dəyişən modelin ürəkparçalayan paylaşımı: "Ruhum hər zaman səninlədir" - VİDEO - FOTO

27 İyun 2017 11:05

Kiyevdə PARTLAYIŞ: Yaralı var

27 İyun 2017 11:05

Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb

27 İyun 2017 11:02

Arda Turan sevgilisi ilə belə görüntüləndi...

27 İyun 2017 11:01

21 yaşlı tələbə ad günündə bədbəxt oldu - sifəti tanınmaz halda - FOTO

27 İyun 2017 10:52

Meydana inək girdi: oyun dayandı - VİDEO

27 İyun 2017 10:47

“Qarabağ” ikitərəfli oyun keçirdi

27 İyun 2017 10:47

Çin-Hindistan sərhədində gərginlik davam edir

27 İyun 2017 10:47

ŞOK: Yadplanetlilər rus əsgərlərinə hücum etdi

27 İyun 2017 10:45

Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR

27 İyun 2017 10:44

Kiyevdə PARTLAYIŞ - Xəsarət alan var

27 İyun 2017 10:43

Göz qapağı kəsilən, 1 anda canlanan cəsədlər - FOTOLAR - 18+

27 İyun 2017 10:43

Tovuz sakini elektrovoz vurub öldürdü

27 İyun 2017 10:43

Rusiyada insan həyatına 1,2 mln. dollar qiymət qoyulub

27 İyun 2017 10:42

Model Leyla ölümündən öncə bu VİDEOnu paylaşıb - FOTO

27 İyun 2017 10:37

"Çelsi"nin hücumçusu Fransa klubunda

27 İyun 2017 10:37

Cavid İmamverdiyev: “Onlar bura elə-belə gəlməyiblər”

27 İyun 2017 10:37

Qəndab Quliyeva harada dəfn ediləcək?

27 İyun 2017 10:37

Qızıl cüzi ucuzlaşdı

27 İyun 2017 10:32

Neft bahalaşdı

27 İyun 2017 10:31

Neft bahalaşdı

27 İyun 2017 10:27

Rəqqasə Fatimə bu hala düşdü...

27 İyun 2017 10:27

Şəlalədə boğulan 17 yaşlı oğlanın son çırpınışları - VİDEO - FOTO

27 İyun 2017 10:22

ABŞ Dövlət Departamenti Donald Trampın immiqrasiya fərmanını məhkəmə qərarından 72 saat sonra icra edəcək

27 İyun 2017 10:22

Azərbaycan Avrokomissiyaya hesabat təqdim edəcək

27 İyun 2017 10:22

Azərbaycan Avrokomissiyaya "e-commerce" və "e-logistics" bazarlarının vəziyyətinə dair hesabat təqdim edəcək

27 İyun 2017 10:22

Tovuz sakini qarpızdan zəhərlənib

27 İyun 2017 10:17

Qızıl cüzi ucuzlaşıb

27 İyun 2017 10:15

Tovuzda 12 yaşlı oğlanı ilan sancdı

27 İyun 2017 10:12

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (27.06.2017)

27 İyun 2017 10:07

Rusiya və ABŞ razılığa gəldi

27 İyun 2017 10:04

Bayram bir ailə üçün faciəyə döndü

27 İyun 2017 09:57

Ağdaşda 58 yaşlı qadın intihara cəhd edib

27 İyun 2017 09:57

Məşhur müğənnidən

27 İyun 2017 09:57

"Qəbələ" şotlandiyalı futbolçunu istəyir

27 İyun 2017 09:52

Aktyor dənizdə bikinisi açılan sevgilisinə əsəbləşdi - FOTO

27 İyun 2017 09:47

Bakıda transformator yanıb

27 İyun 2017 09:43

Tanınmış müğənni qütb ayısını övladlığa götürdü - FOTO

27 İyun 2017 09:42

Bayram bazarında narkotik satan şəxs saxlanıldı

27 İyun 2017 09:42

"Qəbələ" klubu "Qlazqo Reyncers"in yarımmüdafiəçisini icarəyə götürür

27 İyun 2017 09:42