Riyaziyyat fənni üzrə test modellərinin müzakirəsi başa çatıb

Riyaziyyat fənni üzrə test modellərinin müzakirəsi başa çatıb
19:48 5 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Riyaziyyat fənni üzrə seminarda birinci və ikinci ixtisas qrupları üzrə yeni test tapşırığı nümunələrinin elmi-metodik baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırığı nümunələri mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Beləliklə, birinci və ikinci ixtisas qrupları üzrə yeni test tapşırığı nümunələrinin müzakirəsi başa çatıb. Bu test modelləri 2016-cı ildə “Abituriyent” jurnalının birinci nömrəsində dərc ediləcək.
Dekabrın 11-də bu il ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riyaziyyat_fenni_uzre_test_modellerinin_muzakiresi_basa_chatib-908674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR