Azərbaycan alimi Fransada elmi-tədqiqat işləri aparır

Azərbaycan alimi Fransada elmi-tədqiqat işləri aparır
20:08 5 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Rəhimov Fransanın Eks-Marsel Universitetinin və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin nəzdindəki Marsel Riyaziyyat İnstitutunun Riyaziyyat və Kompyuter Elmləri Mərkəzində keçirilən ümumi elmi seminarda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə A.Rəhimovun “Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Seminarda Marsel Riyaziyyat İnstitutunun optimal idarəetmə, tərs məsələlər, ədədi üsullar sahəsində tanınmış alimləri, Eks-Marsel Universitetinin əməkdaşları iştirak ediblər.
A.Rəhimov hazırda Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işləri aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimi_Fransada_elmi_tedqiqat_isleri_aparir-908681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR