"Günəşli"də baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA

"Günəşli"də baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA
20:12 5 Dekabr 2015
195 Digər
Ölkə mətbuatı
A- A+

Respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaratmışdır. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olmuşdur. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatmışdır. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunmuşdur. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enmişdir. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürmüşlər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilmiş, 1 nəfərin isə cəsədi sudan çıxarılmışdır. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və "BP" şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilmiş, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılmışdır. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunmuşdur. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaqdır.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22

Suriyanın bir neçə şəhəri terrorçular tərəfindən atəşə tutulub: ölən və yaralananlar var

27 Aprel 2017 00:07

Günün qoroskopu: qəm yeməyin, kimsə gələr, kimsə də gedər

27 Aprel 2017 00:05

"Barselona"dan 7 qol!

26 Aprel 2017 23:57

"Qalatasaray"ın futbolçusu qəza törətdi

26 Aprel 2017 23:57

Futbolda növbəti YENİLİK:

26 Aprel 2017 23:56

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

26 Aprel 2017 23:47

Bu evə 120 milyon dollar verdilər - FOTO

26 Aprel 2017 23:47

Bu da oldu - 700 illik mağaradan lüks ev - FOTO

26 Aprel 2017 23:42

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

26 Aprel 2017 23:42

Liviya Avropa İttifaqından yardım istəyir

26 Aprel 2017 23:38

"Konteyə dedim ki..."

26 Aprel 2017 23:37

Hər gün tərxun yeyin! - 7 SƏBƏB

26 Aprel 2017 23:32

Şöhrətləri ilə bərabər gözəllikləri də artan ulduzlar - FOTO

26 Aprel 2017 23:32

Tailandda qasırğa xəbərdarlığı verilib

26 Aprel 2017 23:27

Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:27

"Barselona" "Osasuna"nı darmadağın etdi -

26 Aprel 2017 23:25

Ərini elə qucaqladı ki... - FOTO

26 Aprel 2017 23:22

"Xavi mənim düşmənimdir"

26 Aprel 2017 23:22

Makronun sevgi macərası - FOTOLAR

26 Aprel 2017 23:18

İki uşağının atası ilə 8 il sonra ailə qurdu - FOTO

26 Aprel 2017 23:17

DÇ-2018-də bu yenilikdən istifadə ediləcək

26 Aprel 2017 23:14

Mariya Şarapova cəzadan sonra ilk oyunundan qalib ayrılıb

26 Aprel 2017 23:12

FİFA prezidenti: "DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq"

26 Aprel 2017 23:12

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 23:05

Nəfəsalma sisteminizin yaşını təyin edin - TEST

26 Aprel 2017 23:05

Ledi Qaqanı bir də belə görün - FOTO

26 Aprel 2017 23:05

Lənkəranda qəza:1 ölü, 2 yaralı

26 Aprel 2017 22:59

"Təsəvvür etməzsiniz, PSG "Barselona"dan 6-cı qolu buraxanda necə qışqırmışdım"

26 Aprel 2017 22:58

Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi

26 Aprel 2017 22:58

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas məşqi keçirilib - FOTOREPORTAJ

26 Aprel 2017 22:57

Təcrübəli mütəxəssis Hollandiya millisində işləməkdən imtina edib

26 Aprel 2017 22:57

Qaraciyəri XƏRÇƏNGDƏN qoruya biləcək 4 QİDA

26 Aprel 2017 22:57

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

26 Aprel 2017 22:52

Pakistan sərhədində silahlı hücum:

26 Aprel 2017 22:50

Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya

26 Aprel 2017 22:47

Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

26 Aprel 2017 22:42

Fanatlarına görə bunu da edəcək - FOTO

26 Aprel 2017 22:42

Astarada ölümlə nəticələnən qəza - FOTO

26 Aprel 2017 22:38